Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsində İsveçrə ilə qarşılaşıb.
Oyun rəqibin 101:40 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparıb.
Bizim.Media