Almaniyanın “Ştutqart” klubunun hücumçusu Seru Girassi “Borussiya”ya (Dortmund) keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Dortmund klubunun məbuat xidməti məlumat yayıb.
28 yaşlı qvineyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Girassi ötən mövsüm “Ştutqart”ın heyətində 28 oyunda 28 qolla Bundesliqanın 2-ci ən yaxşı bombardiri olub. Qvineya millisinin üzvü "Lill", "Köln" və "Renn"də də çıxış edib.
Bizim.Media