"Real"ın yeni futbolçusu Kilian Mbappe komandanınn mövsümöncəsi ABŞ turunu buraxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Tur çərçivəsində Madrid klubu 3 yoldaşlıq oyunu keçirəcək. "Real"ın rəqibləri "Milan", "Barselona" və "Çelsi" olacaq.
Mbappe yeni mövsümə İspaniya klubunun bazasında hazırlaşacaq. "Real"ın planı fransalı futbolçunun Varşavada "Atalanta" ilə UEFA Superkuboku matçında oynamasıdır.
Qeyd edək ki, "Real" Mbappenin transferini iyunun 3-də elan edib. Dünən isə klub forvardla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Bizim.Media