Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Azərbaycana qayıtmayacaq.
Bizim.Media xəbər verir ki, 27 yaşlı forvardın "Qarabağ"a keçəcəyi gözlənilsə də, bu baş verməyib.
Futbolçu Almaniyanın ikinci Bundesliqasında mübarizə aparan “Nürnberq”in təklifini qəbul edib. Almaniya klubu təmsilçimizlə 1 illik müqavilə bağlayacaq. Əgər klub əsas Bundesliqaya vəsiqə qazanarsa müqavilənin müddəti artırılacaq. Əks halda Emreliyə azad agent statusu veriləcək.
Qeyd edək ki, Mahirin Birləşmiş Əmirliklərindən sərfəli təklifi olsa da, o, ilinə 2 milyon 200 min manat əmək haqqından imtina edərək Avropada qalmağı üstün tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media