“Şamaxı” futbol klubu oyunçuların maaşını niyə vermir? – Rəsmi AÇIQLAMA 

“Şamaxı” futbol klubundan ayrılan futbolçular iki aydır əməkhaqqını ala bilmirlər.

Bu barədə klubun oyunçuları məlumat yayıblar. 

Komandadan gedən bir neçə futbolçu klubda qalanlara pul verildiyini, lakin gedənlərinsə pulunu vermədiklərini qeyd ediblər:

“Get-gələ salırlar. Nə vaxt zəng vururuq, gözləyin deyirlər. Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşlarını haradan alıb veriblər? AFFA pulu köçürübsə, bəs bizim maaşımız hara gedib? Bunu aydınlaşdırmaq üçün AFFA-ya gedəcəyik. Şəxsən prezidentlə görüşmək istəyirik ki, əsl həqiqəti bilək."Şamaxı" rəhbərliyi heç kimdən çəkinmir. Deyirlər ki, kimə istəyirsiniz, şikayət edin, bizə heç kim heç nə edə bilməz".

Məsələ ilə bağlı “Şamaxı” futbol klubu ilə əlaqə saxladıq.

Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov Bizim.Media-ya maaşların gecikmə səbəbini deməsə də, faktı təsdiqləyib.

“Bəli hal-hazırda müəyyən pul gecikmələri var. Biz də klub olaraq çalışırıq ki, bu gecikmələri aradan qaldıraq. Əmək haqqlarını verməkdən imtina etməyə gəldikdə isə bilmirəm belə informasiya haradan qaynaqlanır, tam əsassızdır. Hətta gecikmə olan futbolçulara da bildirmişik ki, ən qısa zamanda yaranan gecikmələr aradan qaldırılacaq”.

O, oyunçuların maaşa görə klubdan ayrılması məsələsinə də aydınlıq gətirib:

“Əmin edə bilərəm ki, bu gecikməyə görə heç kim klubdan ayrılmayıb. Müqaviləsi davam edən, yenilənən futbolçular hazırda komandadır. Bir daha bildirirəm ki, gecikməsi olan futbolçular əmin olsun ki, onların pulu son qəpiyə kimi ödəniləcək”.

Xatırladaq ki, əvvəlki illərdə də klubun oyunçuları maaşların gecikməsi ilə bağlı narazılıqlarını media vasitəsilə dilə gətiriblər.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

End of content

No more pages to load

RADİO