"Kəpəz"in Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi məkan bəlli olub.
Bizim.Media xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi kollektiv rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək.
Bu barədə PFL-in prezidentinin səlahiyyətlərini icra edən Elgiz Abbasov məlumat verib.
Qeyd edək ki, "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.
Rəşad Rafiqoğlu, Bizim.Media