"Bavariya"nın və "Liverpul"un keçmiş futbolçusu, hazırda isə "Çikaqo Fayr"da çıxış edən Xerdan Şaqiri İsveçrə millisindəki karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə 32 yaşlı vinger sosial şəbəkə hesabında məlumat verib.
Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Şotlandiya ilə oyununda qol vuran Şakiri Avropa çempionatı və dünya çempionatında ən azı beş qol vuran yeddi futbolçudan biri olub. Xerdan 2010-cu ildə milli komandada oynamağa başlayıb. O, 2022-ci ildən "Çikaqo Fayr"da çıxış edir.
Bizim.Media