"Səbail"də daha bir ayrılıq baş tutub.
Bizim.Media xəbər verir ki, Ayub Masika Bayıl klubunda qalası olmayıb.
Keniyalı futbolçunun "Səbail"lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb. Masika bu haqda instaqram hesabında paylaşım edib və kluba, məşqçilər korpusuna və azarkeşlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ayub 2024-cü ilin yanvarında "Səbail"ə keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media