“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, “dənizçilər” Ayman Bualini heyətinə cəlb edib.
Mərakeşli hücumçu ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb. Buali 2023/2024 mövsümündə çıxış etdiyi “Ümraniyespor”da (Türkiyə) 21 oyunda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media