"Səbail" Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Super Liqada mübarizə aparan"Hatayspor"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.Bayıl təmsilçisinin heyətində yeni transfer Gülağa Əsədov fərqlənib.
Qeyd edək ki, "Səbail" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında "Erzurumsporun"a 2:3 hesabı ilə uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media