"Kəpəz" malili hücumçu Lassana Ndiayeni transfer edib.
Bizim.Media xəbər verir ki, Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illikdir. 23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada top qovub.
Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.
Rəşad Rafiqoğlu, Bizim.Media