Yeni mövsümə hazırlaşan "Sumqayıt"da ayrılıq gerçəkləşib.
Bizim.Media xəbər verir ki, Kamran Aliev komandanı tərk edib. 25 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək.
Rusiya vətəndaşlığı olan futbolçu "SKA-Xabarovsk"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kamran Aliev I Divizion klubu ilə 1 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media