"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Milan təmsilçisi "Portu"nun sabiq hücumçusu Mehdi Taremini transfer edib.
31 yaşlı iranlı ilə imzalanan müqavilə 30 iyun 2027-ci ilə qədərdir. O, "İnter"ə azad agent kimi keçib.
Qeyd edək ki, Taremi 2020-ci ildən "Porto"da oynayırdı. Ötən mövsüm forvard "əjdahalar"ın heyətində bütün turnirlərdə 35 oyun keçirib və 11 qol vurub.
Bizim.Media