"Çelsi" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi "Bazel"dən 20 yaşlı yarımmüdafiəçi Renato Veyqanı transfer edib.
Portuqaliyalı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2023/24 mövsümündə Veyqa klub səviyyəsində 26 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media