"Mançester Yunayted" futbolçusu Conni Evansla iş müqaviləsini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 36 yaşlı mərkəz müdafiəçisi ilə sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Evans “qırmızı şeytanlar”ın yetirməsidir və 2015-ci ilə qədər klubun sistemində olub. Ötən mövsüm müdafiəçi “Mançester Yunayted”ə qayıdıb və bütün turnirlərdə 30 matçda iştirak edib (bir məhsuldar ötürmə verib).
Bizim.Media