Azərbaycan Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışda medal qazanıb.
Bizim.Media xəbər verir ki, gimnastlarımız İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticəyə nail olaraq fəxri kürsüyə yüksəliblər.
Onlar bürünc medala sahib olublar.
Qeyd edək ki, yarış iyulun 13-də yekunlaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media