“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisi Mert Çeliki heyətinə qatıb.
Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, U-21 millimizin sabiq üzvü olan Çelik əvvəllər “Neftçi”nin də şərəfini qoruyub. Müqavilə ilə “Başakşehir” klubuna məxsus olan futbolçu son mövsümü icarə əsasında “Bandırmaspor” klubunda keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media