Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili "Qarabağ"dan ayrılıb.
Bizim.Media xəbər verir ki, onun yeni komandasının adına aydınlıq gəlib.
Belə ki, gürcü qolkiper "Panserraikos"la anlaşıb. O, 2026-cı ilə qədər Yunanıstan Superliqasında yarışan klubun qapısını qoruyacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media