"Kəpəz"in baş məşqçisi Adil Şükürov Elnur Cəfərovun xidmətindən imtina edib.
Bizim.Media xəbər verir ki, Cəfərov da son mövsümdə "İmişli"yə icarəyə verilmişdi.
27 yaşlı vingerin Qərb təmsilçisinə dönüşü mümkün olmayıb. Azərbaycan millisinin sabiq üzvü "Xəzər Lənkaran"ın yetirməsidir. O, Portuqaliyanın "Tondela", Xorvatiyanın "Duqopolye" klubların legioner həyatı yaşayıb.
Ölkəmizdə isə "Neftçi", "Keşlə"(indiki "Şamaxı") və "Sumqayıt"da da forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media