“Səbail” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, “dənizçilər” son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olan Dmitro Litvinlə 1 illik müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı ukraynalı müdafiəçi "Səbail"də 3 nömrəli formada çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media