"Zirə"yə lazım olmayan və yollarını ayırdığı Vladislav Kulaç özünə yeni komanda tapıb.
Bizim.Media xəbər verir ki, ukraynalı futbolçu Ermənistanda oynayacaq. O, bu ölkənin iddialı klublarından olan “Pünik”lə müqavilə imzalayıb.
31 yaşlı futbolçu İrəvan təmsilçisi ilə 2025-ci il iyunun 30-na qədər müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media