Türkiyənin Bolu şəhərində Merih Dəmiralın heykəli ucaldılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin yerli mediası məlumat yayıb.
Bolu Bələdiyyə Başçısı Tanju Özcan Bozqurd işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.
Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib.
Boluda Merihin heykəlini ucaldacağına da söz verən T.Özcan, “Avropa gəlsin məni də cəzalandırsın” deyib.
Bizim.Media