Məşhur futbolçu Kilyan Mbappenin qardaşı Etan Mbappenin yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. PSJ-dən ayrılan gənc futbolçu “Lill”ə keçəcək.
Tibbi müayinə prosesi başa çatdıqdan sonra transfer rəsmi şəkildə yekunlaşacaq. Xəbərdə o da qeyd olunub ki, E. Mbappe Fransa Liqa 1-ə köklənib və heç vaxt “Real”la danışıqların aparmayıb.
Qeyd edək ki, Etan Mbappenin qardaşı Kilyan Mbappe bu yay PSJ-dən ayrılıb. O, "Real"a keçib.
Bundan sonra Etan da PSJ-ni tərk edib.17 yaşlı futbolçu Paris təmsilçisinin əsas komandası ilə bütün turnirlərdə 5 oyuna çıxmışdı.
Bizim.Media