“Sumqayıt” klubu heyətində olan legionerlərdən daha biri ilə vidalaşacaq.
Bizim.Media xəbər verir ki, söhbət yaponiyalı yarımmüdafiəçi Musaka Muratadan gedir.
Klub rəhbərliyi futbolçu ilə müqaviləni artırmaq istəsə də, tərəflər maliyyə məsələsində razılaşa bilməyiblər. Məhz bu səbəbdən Murata “Sumqayıt”ı tərk edib.
Qeyd edək ki, daha öncə Erik Sorqa ilə Kazimin Ninqada da “Sumqayıt”dan getmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media