Dortmund "Borussiya"sının və Almaniya millisinin hücumçusu Niklas Füllkruq qolunu təsadüfən sındırdığı azarkeşdən üzr istəyib.
Bizim.Media xəbər verir ki, hadisə Almaniya millisinin 2024-cü il Avropa çempionatının Şotlandiya ilə açılış matçı (5:1) öncəsi məşqində baş verib.
Top Füllkruqa toxunduqdan sonra təsadüfən azarkeşə dəyib.
Futbolçu isə Kai adlı azarkeşə imzalı formasını həddiyə edib. O, azarkeşə bu mesajı ünvanlayıb: “Bu forma Kai üçündür. Mümkün qədər tez sağalın! Yenidən üzr istəyirəm”.
Bizim.Media