"Real"ın futbolçusu Xoselunun "Al-Qarafa" keçidi rəsmiləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Qətər təmsilçisinin saytı məlumat yayıb. 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
"Al-Qarafa" Xoseluya görə Madrid klubuna 1,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm Xoselu "Real"ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib.
Bizim.Media