Millimizin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Türkiyə birinci liqasında yarışan “Kocaelispor” futbolçunu transfer etmək istəyir.
Növbəti mövsüm Superliqaya çıxmağı hədəfləyən komanda Dadaşovu heyətə qatmaqda maraqlıdır. Renat Dadaşov son mövsümü icarə əsasında Superliqa təmsilçisi “Hatayspor”da keçirib.
O, müqavilə ilə İsveçrənin “Qrasshoppers” klubuna məxsusdur. Əgər Dadaşov “Kocaelisspor” keçsə, millimizin digər üzvü Ramil Şeydayevlə komanda yoldaşı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media