Qarabağ"dan ayrılan Andrey Lunyovun "Dinamo"ya keçidini rəsmiləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qapıçı "dinamoçular"la 2+1 illik müqaviləyə qol çəkib. Amma Lunyovun "Dinamo" ilə müqaviləsinin detalları barədə məlumat verilməyib. Onun Rusiya klubunda illik 900 min avro maaş alacağı dəqiqləşib.
Rəşad Rafiqoğlu, Bizim.Media