"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"ya mümkün qayıdışı ilə bağlı danışıb.
Bizim.Media jurnalist Fabrizio Romanonun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, o, "gələcəkdə Barselonaya qayıtmağınız üçün qapı bağlıdır" sualını belə cavablandırıb:
"Bəli, qapı bağlıdır".
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb.
Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir.
Bizim.Media