"Şəki" basketbol klubu Aleksander Uco ilə yollarını ayırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı baş məşqçi ilə müqavilə müddəti uzadılmayıb.
"Şəki" yeni baş məşqçisinin adını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, "Şəki" ötən mövsüm Aleksander Uconun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və Azərbaycan Basketbol Liqasında sonuncu - 10-cu yeri tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media