Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək play-off mərhələsinə adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub.
Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib.
Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, ¼ finalda yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media