"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, qapıçı Səlahət Ağayev Bayıl təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Səbail" bundan əvvəl Adil Nağıyev və Ağabala Ramazanovla yollarını ayırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media