“Zirə” klubu heyətinə yeni legioner cəlb etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi “Səbail”in üzvü Aleksandr Romalinqomla danışıq aparır.
Geridə qalan mövsümdə 15 qolla “Səbail”in bombardiri olan hücumçu ilə yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Aleksandr Romalinqom ötən il Fransanın “Sedan” klubundan “Səbail”ə keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media