Sabah futbol üzrə Azərbaycan kubokunun final matçı keçiriləcək.
Bizim.Media xəbər verir ki, final matçının iştirakçıları olan “Qarabağ”la “Zirə” oyuna itkilərlə çıxacaq.
“Qarabağ” cəzalı olan Yassin Benziyanın xidnətindən yararlana bilməyəcək. “Zirə”də eyni səbəbdən Vladislav Kulaç meydana çıxa bilməyəcək. Uzun müddətdir zədəli olan Felip Paxtman da qəsəbə təmsilçisinə kömək edə bilməyəcək.
“Qarabağ”-“Zirə” matçı mərdəkandakı “Lev Bona Dea” arenasında keçiriləcək və saat 20-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media