"Qarşımızda istəkli, inamlı rəqib olacaq" - Qurban Qurbanov

“Çox istərdim ki,  nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun".

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun final görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynayacaqlarını bildirib:

“Zirə”yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də, son matçlarda. Çox yaxşı formada olan komandaya qarşı oynayacağıq. Rəqibimiz ikinci yeri tutub. Bu, "Zirə" üçün çox yaxşı, böyük nəticədir. Sabah da meydana rahat çıxacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyirdilər, amma onları bu oyuna tam hazır etməyə çalışdıq. Ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oyun sərgiləməyə çalışacağıq".

Qurbanov qeyd edib ki, artıq Avroliqaya vəsiqəni təmin etməsi "Zirə" üçün üstünlükdür:

“Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə onlara qalib gəlmişdik. Elə o vaxtı da "Zirə"nin qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə oyunlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. İkinci yeri tutmaları, "Zirə"nin oyuna daha rahat, güvənli çıxmaqlarına kömək olacaq. Əgər komanda avrokuboklara çıxırsa, bu da tituldur. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin ikinci yeri tutması "Zirə"nin üstünlükləridir”.

“Qarabağ”ın çalışdırıcısı penaltilərə hazırlaşmadıqlarını söyləyib:

“Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm”.

“Finalların taleyini nə həll edir?” sualını Qurbanov belə cavablandırıb: “Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də, avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Almaniyaya baxın, ikinci Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsinlər. Belə oyunlarda futbolçularımı psixoloji hazırlaşmağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuz da hazırdırlar. Psixoloji məqama üstünlük verirəm. Sərbəst və soyuqqanlı şəkildə bu oyunları düzgün oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq”.

Qurban Qurbanov qeyd edib ki, Çempionlar Liqasına birinci deyil, ikinci təsnifat mərhələsindən başlamaq üçün bu axşam "Real"a azarkeşlik etməyəcək:

“Qarabağ”a azarkeşlik edəcəyəm. Qoy birinci mərhələdən başlasın (gülür). Layiqli olan qalib gəlsin. Hər zaman çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Əgər bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Bu halda proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdilər. Oturub gözləyəcəyik”.

O, qapı xəttində rotasiya etmək barədə düşünmədiyini söyləyib:

“Oyundan qabaq heç vaxt qapıda kimin dayanacağını deməmişəm. Amma üstünlük Andrey Lunyovdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO