"Borussiya"nın (Dortmund) baş direktoru Hans-Yoahim Vatzke Çempionlar Liqasının finalında qarşılaşacaqları "Real"la oyun haqda danışıb.
Bizim.Media AS-a istinadən xəbər verir ki, o, Madrid klubunun favorit olduğunu deyib:
“Planımız işləsə, finalda qalib gələ bilərik. "Real"ı qarşıdakı oyunun favoriti kimi tanıya bilməyimiz strategiya deyil, adi tarixi faktdır. Onlar Çempionlar Liqasının finalında heç vaxt uduzmayıblar, bunu unutmayın, amma hər şeyin bir ilki var”.
Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 1-i keçiriləcək.
Bizim.Media