İngiltərə Premyer Liqasına vəsiqə qazanan "İpsviç" baş məşqçi Kiran Makkenna ilə müqaviləni yeniləyib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Kiran Makkenna 2021-ci ilin dekabr ayında "İpsviç"ə baş məşqçi təyin olunub.
“İpsviç” 22 il sonra Premyer Liqada mübarizə aparacaq. İpsviç şəhərinin eyniadlı təmsilçsisi sonuncu dəfə 2002-də ildə elitada çıxış edib.
Bizim.Media