"Antalyaspor" yeni baş məşqçisi Aleks De Souza ilə müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı mütəxəssisin sözləşməsi 2 illikdir. Aleks daha əvvəl "San Paulu"nun U-20 komandasında və "Avai"də (Braziliya) çalışıb.
Xatırladaq ki, Braziliya millisinin sabiq üzvü Türkiyədə "Fənərbaxça"dakı çıxışları ilə tanınıb. O, 2004-2012-ci illərdə İstanbul klubunda çıxış edib.
Bizim.Media