Peşəkar boks üzrə ağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş döyüşünün vaxtı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Alalşih açıqlama verib.
O, döyüşün bu il dekabrın 24-də Ər-Riyadda keçiriləcəyini bildirib:
“Mütləq çempion Aleksandr Usik və Tayson Fyuri arasında revanş döyüşü Ər-Riyadda təşkil ediləcək. Dünya bir daha tarixi döyüşü izləyəcək. Boks həvəskarlarına olan bağlılığımız davam edir. Ümid edirik ki, bundan həzz alacaqsınız”.
Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda keçirilən görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.
Bizim.Media