"Zirə" klubla müqaviləsi mövsümün sonunda başa çatan Stefan Aka ilə bağlı qərar verib.
Bizim.Media qəsəbə təmsilçisi 33 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinin müddətini uzadır.
Fil Dişi Sahilindən olan futbolçu ilə 1 illik sözləşmə imzalanacaq.
Qeyd edək ki, Stefan Aka 2023-cü ilin yayından "Zirə"də çıxış edir. Təcrübəli müdafiəçi "qartallar"ın heyətində 26 Premyer Liqa, 3 ölkə kuboku matçında meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media