“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi “Qarabağ”ın hücumçusu Redon Cica ilə maraqlanır.
Albaniyalı forvardın Ağdam klubunda heyətə düşə bilməməsindən istifadə etməyə çalışan Premyer Liqanın gümüş mükafatçısı onu icarəyə götürmək niyyətindədir. Artıq bununla bağlı “Qarabağ”la damnışıqlara başlanılıb.
Qeyd edək ki, Redon Cica “Qarabağ”a cari mövsümün əvvəlində transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media