"Zirə" klubu daha bir legioneri ilə müqaviləni uzatmaq istəyir.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Sezar Meza Kolli ilə əməkdaşlığa davam etməyi planlaşdırır. 32 yaşlı futbolçunun özü də yeni sezona "Zirə"də başlamaq istəyir.
Əvvəllər də "Zirə"də oynamış Sezar bundan savayı "PAS Giannina”, “Çezena”, “Alaves”, “Pavia”, “İnter”(indiki “Şamaxı”), “Universitatya Krayova”, “Neftçi”, “Ohod” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media