“Qarabağ”da uzun müddət davam edən Lunyov müəmması deyəsən bitmək üzrədir.
Bizim.Media xəbər verir ki, klub artıq rusiyalı qapıçı ilə danışıqları dayandırıb. Ağdam klubu onunla müqaviləni uzatmayacaq. Buna səbəb qolkiperin daha çox pul tələb etməsidir.
Son günlər Lunyovun keçmiş menecerinin “Qarabağ”ın və Qurban Qurbanovun əleyhinə açıqlamalar verməsi də prosesi bir qədər də sürətləndirib.
Klub artıq qapıçı axtarışına çıxıb.
Qeyd edək ki, Lunyov Ağdam klubuna “Bayer” Liverkuzen klubundan keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media