İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Komanda Vinsent Morenoya həvalə olunub. 49 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Əlavə edək ki, Morenonun son klubu "Almeriya" olub. O, ötən ilin sentyabr ayında istefaya göndərilib.
Qeyd edək ki, "Osasuna" La Liqanın cari mövsümünü 45 xalla 11-ci pillədə başa vurub.
Komandanın son baş məşqçisi Yaqoba Arrasate idi.
Bizim.Media