Tərlan Əhmədli “Turan Tovuz”u tərk edib. Qolkiperin yeni ünvanı da artıq məlumdur.
Bizim.Media xəbər verir ki, təcrübəli qolkiper yeni mövsüm “Araz Naxçıvan”ın uğurları üçün mübarizə aparacaq.
Tərəflər arasında müqavilənin bütün detalları razılaşdırılıb. 29 yaşlı futbolçu 2022-ci ildən bölgə klubunun formasını geyinirdi. Gənclər millimizin sabiq üzvü daha əvvəl “Sumqayıt”, “Sabah” və “Qəbələ” klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media