Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yeni mövsümə fərqli klubda başlaya bilər.
Bizim.Media xəbər verir ki, Şeydayevin “Kocaelispor”dan ayrılmaq şansı yüksəkdir.
Onun Rusiyaya və Azərbaycana qayıtmaq variantları var. Məlumata görə, “Neftçi” Şeydayevi heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, Ramil 2024-cü il yanvarın 17-də “Kocaelispor”a keçib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur. 28 yaşlı futbolçu "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media