“Zirə” klubu heyətini gücləndirmək üçün işlərə başlayıb.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi “Qəbələ”nin legioneri Əyyub Allaşla maraqlanır.
Əslən belçikadan olan yarımmüdafiəçi ilə artıq danışıqlara start verilib. Əgər tərəflər razılığa gələ bilsələr, onunla 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Kəpəz” və “Sabah” da Əyyub Allaşı transfer etmək istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media