“Yuventus” futbolçusu Daniel Ruqani ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı müdafiəçinin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü bu mövsüm 17 oyuna 3 qol vurub. 2013-cü ildən "Yuventus"un üzvü olan Ruqani müxtəlif vaxtlarda "Empoli", "Renn" və "Kalyari"də icarə əsasında çıxış edib.
Bizim.Media