Bu gün Misli Premyer Liqasında 36-cı tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 3 oyun baş tutub.
Avrokuboklara vəsiqə qazanmağa çalışan “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” da “Qəbələ”ni qəbul edib. Bu oyunlarda tək qolla qələbə qazanan “Zirə”, “Sabah” və “Sumqayıt” komandaları avrokuboklara vəsiqəni təmin ediblər.
“Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qarabağ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
36-cı tur
25 may
“Zirə” – “Səbail” 1:0
Qol: Qismət Alıyev, 57.
Qırmızı vərəqə: Valdemar Almeyda, 70.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00.
“Neftçi” – “Sabah” 0:1
Qol: Namik Ələskərov, 86.
Qırmızı vərəqə: Dieqo Valdes, 89 – Kahim Parris, 89. Con İrasabal, 89.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Neftçi Arena”, 19:00.
“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Erik Sorqa, 52.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.