İtaliya A seriyasında may ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, "Bolonya"dan Rikardo Kalafiori olub.
22 yaşlı müdafiəçi may ayında 3 matça çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.
Kalafiori bu mövsüm ümumilikdə 33 matçda 2 qola imza atıb, 5 qolun ötürməsini verib. Onun komandası A seriyasının sıralamasında 68 xalla 4-cüdür.
Bizim.Media